Günay Baxşəliyeva: “Mobil telefondan uzaq olmaq istəyirəm”

MAQAZİN
14:28 03.07.2015
8640

Günay Baxşəliyeva bundan sonra “İnstagram” bloqunda fəaliyyətini donduracaq.

AZXEBER.COM xəbər verir ki, Zaur Baxşəliyevin həyat yoldaşı olan aparıcı bunu yay istirahəti ilə əlaqələndirib:
“Əksər “İnstagram” izləyicilərmiz bilir, bilməyənlərə isə söyləyim ki, [email protected]/* */_gunay” həm Zaura, həm də mənə aiddir. Yəni hər ikimizin də mobil telefonunda eyni adla aktivdir. Amma bundan sonra “İnstagram”da öz şəkillərimi paylaşmayacağam. Bunun neçə müddət davam edəcəyini bilmirəm. Çünki bu yay rahat dincəlmək, istirahət etmək istəyirəm. Ən əsası, telefondan uzaq olmaq istəyirəm. Son vaxtlar “İnstagram” çox zamanımı alır. Bununla belə, Zaur burada olacaq, biləsiniz. Hamınıza maraqlı yazışmalar, xoş istirahətlər arzulayıram. Özüm isə telefonumdan “İnstagram”ı silirəm. Görək, nə qədər “İnstagram”sız qala biləcəyəm”.
Qeyd edək ki, Zaur və Günay Baxşəliyevlər “İnstagram”da @zaur_gunay adı ilə istifadəçidirlər.
OXŞAR XƏBƏRLƏR