Günay İbrahimli ATV-yə növbəti dəfə xəbərdarlıq etdi

Günay İbrahimli ATV-yə növbəti dəfə xəbərdarlıq etdi
MAQAZİN
03:00 13.10.2013
12347

Müğənnini bu video özündən çıxartdı.

Gecce.az xəbər verir ki, Atv Maqazin verlişində yayımlanan "Paparatsi" layihəsində müğənni Günay İbrahimliylə bağlı gedən sujet onu özündən çıxardıb.Bunu görüb dinc durmayan müğənni sosial şəbəkələrdə layihə rəhbərlərinə belə ismarıc göndərib : "Hörmətli,Atv Maqazin verlişi və jurnalistləri haqqımda hər hansı bir məlumatı verəndə, urnalist peşənizi yaddan çıxartmayın.Unutmayın ki,bir jurnalistin vəzifəsi xəbər dəqiq və qərəzsiz təqdim etməkdir.Taksiyə minməyi özümə ayıb bilmirəm,lakin xəbəri düzgün efirə vermək lazımdır.Bu videodaki maşında olan taksi nişanı mənim əyləşdiyim maşının yox,digər maşının üstündədir.Buna diqqətlə baxsanız sonda özünüz də görərsiz " deyərək müğənni fikrini bildirib.

Qeyd edək ki, gənc müğənni bundan öncə də ATV-də yayımlanan "10lar" verilişinin onun haqda süjet hazırlamasına qadağa qoymuşdu. 

OXŞAR XƏBƏRLƏR