Günay İbrahimli canlı yayımda biabır oldu

Günay İbrahimli canlı yayımda biabır oldu
MAQAZİN
13:25 21.10.2013
7294
Müğənni Günay İbrahimli Azərbaycanın xalq artisti məşhur bəstəkar Xəyyam Mirzəzadəni tanımayıb. Mövqe.az-ın məlumatına görə, bu barədə müğənni canlı yayımda etiraf edib:
"Bəli, mən Xəyyam Mirzazadəni tanımıram. Bunu utanmadan boynuma alıram. Tanımıram deyirəm ki, tanımıram”.
Məlumat üçün bildirək ki, Günay İbrahimli özü məlumat verdiyinə görə, artıq üçüncü təhsilini Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universtitetinin estrada müğənniliyi fakültəsində alır. Müəllimlərindən biri də Yalçın Rzazadədir. Ancaq "Açıq söhbət” verlişində qeyd olunduğu kimi, müğənni dərslərdə iştirak etmədiyi üçün Azərbaycanın məşhur bəstəkarını tanımayıb.
Müğənninin bu hərəkəti verlişin aparıcısı Elçin Əlibəyli və digər musiqi savadı olan insanlar, jurnalistlər hətta adi tamaşaçılar tərəfindən təəccüblə qarşılanıb.
OXŞAR XƏBƏRLƏR