Müğənni Günay İbrahimli şəxsi həyatı ilə bağlı açıqlama verib.AZXEBER.COM-un məlumatına görə, müğənni “Bizim gün” verilişinin qonaq olarkən, şəxsi həyatından danışıb. Günay, iki ilə ailə quracağını deyib: “Hazırda şəxsi həyatımda heç bir yenilik yoxdur. Amma hər şeyin belə sakit gedəcəyini demirəm. Ailə qurmaq, övlad dünyaya gətirmək lazımdır. 23 yaşım var, iki ilə mən də ailə quracam. Hələ ki, sənətimlə məşğulam”.Günay sevdiyi insana görə heç vaxt işini atmayacağını bildirib: “Sevdiyim biri üçün heç vaxt bunu etmərəm. Mənimlə ailə quracaq insan, ilk növbədə peşəmlə razılaşmalıdır. Mənə deməməlidir ki, oxuma. Çünki ailəm neçə il bu sənətim üstündə əziyyət çəkib”.