Günay İbrahimlidən Azərbaycan xalqına növbəti sayğısızlıq: Sinəsini açdı - FOTO

Günay İbrahimlidən Azərbaycan xalqına növbəti sayğısızlıq: Sinəsini açdı - FOTO
MAQAZİN
15:09 07.12.2015
27109
Gənc müğənni Günay İbrahimli növbəti dəfə Azərbaycan xalqını aşağılayıb.
AZXEBER.COM xəbər verir ki, müğənni bu gün səhər saatlarında şəxsi "instagram" səhifəsində sinəsi açıq fotosunu paylaşıb.
Qırmızı geyimdə şəkil çəkdirən müğənninin bu hərəkəti onun izləyicilərini özündən çıxaıb. Belə ki, yüzlərlə insan xalqımızın matəm içində olduğunu və 30-a yaxın neftçidən hələ də xəbər olmadığını müğənninin diqqətinə çatdırıb. Maraqlıdır ki, müğənni faciə ilə bağlı yazılan şərhləri silsə də, bir istifadəçinin "bomba şeysən" yazdığı şərhi saxlayıb.
O isə bu fikirlərə reaksiya verməyib. Müğənni bundan öncə də torpaqlarımızın işğal günü kliplərini paylaşmışdı.
Xatırladaq ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğınla bağlı Azərbaycanda matəm elan olunub.

Prezident İlham Əliyevin qərarı ilə baş verən faciə, yaşanan insan itkisinə görə ölkədə matəm elan olunub.

Bu gün səhər saatlarından isə yüzlərlə insan dənizkənarı Milli Parka gedərək, neftçilərimizi yad edir.

OXŞAR XƏBƏRLƏR