Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevanın evində oğurluq hadisəsi olub.
AZXEBER.COM xəbər verir ki, bu haqda model özünün Twitter bloqunda yazıb. Bildirib ki, həyat yoldaşı Tolqa Karellə yuxudan oyandıqdan sonra hadisədən xəbər tutublar:“Bu gün yenə də oğurluq şoku ilə yuxudan oyandıq. Evimizə oğru girib. Evdə hər bir şeyi oğurlayaraq aradan çıxıb. Bütün pulu oğurlayıb aradan çıxmalarına baxmayaraq, üstəlik, mətbəxdəki kompüteri və Tolqanın maşınının açarlarını götürüblər.Elə həmin avtomobilə oturaraq buradan ayrılıblar, biz də həmin vaxt yan otaqda yatırdıq. Bu necə bir rahatlıqdır, mən başa düşmürəm. Polislər də əllərində kamera görüntüləri olmasına baxmayaraq onları tuta bilmirlər”.Daha sonra isə G.Musayeva sosial şəbəkədə yazdığı statusu silib:“Yazılarımı silməyimə baxmayaraq, bu xəbəri eşidən və Facebook-da, Twitter-də yazan, telefonla zəng edib “keçmiş olsun” deyən bütün dostlarıma təşəkkürümü bildirirəm. Əsas cansağlığıdır, qalan şeylər önəmli deyil”.Xatırladaq ki, Günay Musayeva türkiyəli aktyor Tolqa Karellə evlidir. Onların Cihangir Can adlı oğulları var.