Günay Musayevanın hamiləliyi ilə bağlı şok iddia – EKSKLÜZİV FOTO

Günay Musayevanın hamiləliyi ilə bağlı şok iddia – EKSKLÜZİV FOTO
MAQAZİN
20:52 16.02.2012
6688
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva haqqında redaksiyamıza eksklüziv məlumat daxil olub.
Oxuculardan birinin AZXEBER.COM portalına göndərdiyi məktubda model Günay Musayevanın hamilə olmadığı və onun mətbuatın gündəmində qalmaq üçün belə bir yalan uydurduğu qeyd edilib. Məktuba tanınmış modelyerin 20 gün bundan öncə çəkdirdiyi foto da əlavə olunub.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin tanınmış aktyoru Tolqa Karellə evlənən azərbaycanlı modelyer Kareldən hamilə olduğunu söyləmişdi. Son günlər isə Türkiyə mətbuatında onların ayrılması ilə bağlı xəbərlər də yayımlanmağa başlayıb.
İddiaların doğru olub-olmaması ilə bağlı məlumat əldə edə bilməsək də qarşı tərəfin fikrini portalda yayımlamağa hazırıq.
OXŞAR XƏBƏRLƏR