Günay Pərvinin iddialarını yalanladı

Günay Pərvinin iddialarını yalanladı
MAQAZİN
18:50 18.11.2025
106
Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın Türkiyədə film təklifi alması və imtina etməsi ilə bağlı açıqlamasına münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, "Afaqla 10lar" proqramına qonaq olan Günay Türkiyədə heç bir qorxuducu şərtlər olmadığını deyib:

"Şərtlər görməmişəm. Orada çox film, serialda oynamışam. Hansı şərtlər? Bütün sahədə müqavilə imzalayırıq. Burada şərtlər olur. Amma başqa nə şərt? İnandırıcı deyil. Pərvini sevirəm. Amma hərdən oxuyuram ki, getdim Türkiyəyə, təklif gəldi, qəbul etmədim. Başa düşmürəm, niyə insanlar bunu demək məcburiyətindədir. Hər kəsin işinə hörmətlə yanaşıram. Amma hər deyilənə inanmayın". 

Qeyd edək ki, Pərvin "Çox ağır şərtləri var. 5 illik müqavilə imzalayacaqdıq. Bütün həyatın onlardan asılıdır. Yemək-içməyin, çölə çıxıb marketə getməyin belə. Deyəndə ki, ayda 1 dəfə Azərbaycanda getmək istəyirəm, razılaşmadılar" açıqlamasını verib. 
OXŞAR XƏBƏRLƏR