Müğənni Günay İbrahimli “Dəlisiyəm gecənin” adlı yeni mahnısı üçün çimərlikdə fotosessiya etdirib.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bəstənin sözləri N.A.D.O-ya, musiqi isə Pərviz Mahmudova məxsusdur. Aranjimanını Elvin Musayevin etdiyi mahnı yaxın günlərdə təqdim ediləcək. “Dəlisiyəm gecənin” bəstəsinə klip çəkilməsi də nəzərdə tutulub. Ekran işini Rza Əsgərov ərsəyə gətirəcək.








