Yeni Zelandiyada yaşayan 30 yaşlı qadın, infarkt keçirərək ölüb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalar nəticəsində Harrisin gündə 10 litr Cola içdiyi aydın olub.
8 uşaq anası Harrisin həyat yoldaşı Kris Hodgkinson mövzu ilə bağlı polisə verdiyi izahatda arvadının hər səhər yuxudan duran kimi Cola içdiyini söyləyib.
Otago universitetinin əməkdaşı, alim Lisa Te Morenga hər hansı bir içkini həddindən artıq miqdarda qəbul etməyn bədənin təbii tarazlığını pozacağını qeyd edib.
Coca-Cola şirkətinin nümayəndələrindən olan Karen Thompson da hadisə ilə bağlı münasibətini açıqlayıb: “Məhsullarımız etibarlıdır. Ədliyyə tibb qurumunun “su daxil olmaqla bir içkinin, ya da yeməyin həddin artıq qəbulu sağlamlığa zərərlidir” şəklində verdiyi açıqlamanı müdafiə edirik”.
Ozal İbrahimli