Gündə 16 saat müharibə oyunu oynayıb 77 insanı öldürən qatil – MƏHKƏMƏDƏ

DÜNYA
09:15 20.04.2012
2837

Breyvik yaxın vaxtlarda yeni terror aktları törədiləcəyini deyib

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Norveçdə 9 ay əvvəl 77 nəfəri qətlə yetirən iqrçi cani Anders Breyvikin məhkəməsi dördüncü günündə davam edir.

Breyvik dördüncü gün məhkəmə zalına vəkillərin xəbərdarlıqlarını nəzərə alaraq irqçi salamı vermədən girib. O, məhkəmədəki çıxışında qanlı hücumlara gündə 16 saat video oyunları oynayaraq hazırlaşdığını, bu vəhşəti 2006-cı ildən əvvəl planlaşdırdığını söyləyib.

Cani əslində 3 hücum həyata keçirməyi planlaşdırdığını bildirib. Breyvik əsas hücum planında Norveçdəki hökumət binaları və Utoya əyaləti ilə yanaşı Kral sarayı və Əmək Partiyasının da olduğunu bildirib. Hücumlar əsnasında kimsənin onu dayandırmağa çalışmadığını bildirən Breyvik hücumlardan əvvəl sağ qalma şansını 5 faiz kimi dəyərləndirdiyini etiraf edib. Çıxışında təhdidlər də səsləndirən irqçi cani hücum planlaşdıran daha iki iqrçi təşkilat olduğunu, yaxın vaxtlarda onların da belə terror aktları həyata keçirəcəklərini deyib.

Məhkəmə prosesində Breyvikin çirkli pul yumaq və bu pulları irqçi məqsədlər üçün istifadə etmək məqsədilə Bahama adalarında şirkət qurduğu da ortaya çıxıb.

OXŞAR XƏBƏRLƏR