Gündəlik 300 mindən çox yoluxma qeydə alınıb - Ölkədə ilk dəfə

Gündəlik 300 mindən çox yoluxma qeydə alınıb - Ölkədə ilk dəfə
DÜNYA
11:46 24.03.2022
304
Almaniyada son sutka ərzində 318 387 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Virusologiya İnstitutu bildirib.

Bundan əvvəlki antirekord, 297 845 yoluxma martın 18-də qeydə alınmışdı.

Bugünədək Almaniyada koronavirusa yoluxanların sayı 19,6 milyon nəfərə çatır.

Eyni zamanda, son sutka ərzində 300 nəfər koronavirusdan ölüb və bugünədək ölənlərin sayı 127 min nəfəri ötüb.
OXŞAR XƏBƏRLƏR