“Gündəmdəsənsə, söyülürsən” - İbrahim Çingiz

“Gündəmdəsənsə, söyülürsən” - İbrahim Çingiz
MAQAZİN
12:43 03.03.2026
258
"Fikirləşirdim ki, teatr mənim yerim deyil, çünki intriqalardan uzaq adamam. Məndən soruşurlar ki, necə 10 ildir teatrda işləyirsən, adın intriqalarda hallanmır. Dedim, mən ora yalnız məşqlərə və tamaşalara gedirəm. Qulağınla bir sözü eşidərsən, aləm bir-birinə dəyər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Akademik Milli Rus Dram Teatrında aktyoru İbrahim Çingiz "Pərvizə görə” proqramında deyib.
 
O söyləyib ki, gündəmdə olmaq istəmir:

 "Bu yaşa çatanda başa düşdüm ki, gündəmdə olmaq istəmirəm. Haradasa 20-21 yaşlarımda istəyirdim, o da başqa dövr idi. Çünki indi gündəmdəsənsə, söyülürsən, sənə pis sözlər yazırlar. Haradasa nifrət zamanıdır. Baxırsan ki, bir məşhurun fanatı yoxdur, amma ondan zəhləsi gedənlər var, səhifəsində söyürlər. Musiqidə də elədir, görürsən, mahnı populyardır, amma oxuyanı tanımırlar. Deyir, filankəsi hansısa filmdə gördüm, yaxşı aktyordur. Deyirəm, kim? Bilmir”.
 
Aysel

OXŞAR XƏBƏRLƏR