Günel Gülben Ergenin verilişində 30 aprel faciəsini belə yad etdi - VİDEO

MAQAZİN
17:00 30.04.2014
12507
Azəri Günel bu gün Show TV-də yayımlanan, tanınmış türk müğənnisi Gülben Ergenin aparıcısı olduğu “Gülben” verilişinin qonağı olub.AZXEBER.COM xəbər verir ki, Günel verilişə 30 aprel faciəsinin qubanlarını yad edərək başlayıb.
Gülben Ergenin "nəyə görə belə üzgünsən?" sualına həmyerlimiz belə cavab verib: "Bu gün Azərbaycan üçün çox həssas gündür, 30 aprel günü Azərbaycan Dövlət Neft Akademiyasında tələbələr öldürülüb. Bilirəm ki, hazırda bizi Azərbaycandan çox insan izləyir, onların hər birinə, başsağlığı verirəm və həmyerlilərimizi öpürəm.
Verilişdə Gülben Ergen Günele sürpriz hazırlayıb. Belə ki, verilişdə həmyerlimizin keçdiyi yol haqda geniş süjet yayımlanıb, onun uşaqlığından bu günə qədər çəkilən fotoları və videosu efirə verilib.
Gülben Ergen həmçinin deyib ki, Günel çox xoşbəxt adamdır: "Sən çox xoşbəxt adamsan ki, ailən hər zaman sənə dəstək olub. Buna görə sənə qibtə edirəm"
Günel də öz növbəsində deyib ki, atası bu günə qədər ona uşaq kimi baxır: "Atam mənə hər gün deyir ki, səsini qoru, bal ye, qaymaq ye, yumurta iç, dondurma yemə. Mənim bacımın və qardaşımın da çox gözəl səsi var. Biz ailəlikcə sənətdəyik".
Daha sonra verilişə tanınmış müğənni Tunar da qatılıb. Günel qardaşı ilə azərbaycanca danışıb və bu Gülben Ergenlə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.Günel həmçinin deyib ki, verilişi İbrahim Tatlıses də qulaq asır və Tunar da onun şərəfinə mahnı ifa edib.
Həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR