Günel İbrahim Tatlısəsə mesaj yolladı: "Səni sevirəm"

Günel İbrahim Tatlısəsə mesaj yolladı: "Səni sevirəm"
MAQAZİN
12:37 19.12.2017
4791
Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova ustadı İbrahim Tatlısəslə barışmaq üçün jest edib.
 
AZXEBER.COM-un məlumatına görə, Günel "İnstagram” səhifəsində Tatlısəsin şəklini paylaşaraq bu sözləri yazıb: "İnciklik keçib gedəcək, amma ata-qız arasında küsülülük olmaz. İmperator, sənə minnət borcluyam. Məni 1998-ci ildə Türkiyə tanıdı. Sənin sayəndə! Səsin üçün darıxdıq. Nəfəs almağın belə bizə bəsdi. Sən həmişə yaxşı ol, başımızın üstündən əksik olma. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. İncisək də, səbəbsiz olsa da, haqqımda gözəl şeylər söylədiyin üçün kölgən belə bəsdi. Səni sevirəm”.
 
Qeyd edək ki, G.Zeynalova mahnı üstündə İ.Tatlısesdən incidiyini və ondan küsdüyünü demişdi. "İbrahim bəy atam kimidir. Amma ona çox qırılmışam. Ondan bir mahnı istədim, vermədi. Amma əvvəlcə təklifimə "hə” demişdi. Bir müddət sonra köməkçisindən xəbər yolladı, oxumağıma icazə vermədi. Mən də oxudum. Hətta Yıldız Tilbedən mahnı istədim. Məndən heç bir qəpik də pul istəmədi, bəstələrindən birini verdi”.
OXŞAR XƏBƏRLƏR