Azərbaycanın ən çox tamaşaçı sevgisi qazanmış teleaparıcısı Günel Musəvi bir neçə ildir ki, ailəsi ilə birlikdə ABŞ-da yaşayır.
Orada ikinci dəfə ali təhsil aldıqdan sonra Günel Dünya Azərbaycanlı xanımları öz ətrafında birləşdirən Every Azeri adlı onlayn jurnal yaradıb və vaxtaşırı olaraq oxucularını yeni maraqlı yazılarla sevindirir. Bu yaxınlarda isə Günel yeni layihəyə start verib. O Amerikanı Azərbaycana, Azərbaycanı isə Amerikaya tanıtmaq missiyasını öz üzərinə götürərək maraqlı verilişlər hazırlamağa başlayıb. İlk çəkiliş Çikaqoda baş tutub.
3 hissədən ibarət olması nəzərdə tutulmuş həmin verilişin 1-ci hissəsini təqdim edirik. /// yenilik.az