Günel Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur və onun üçünə ərazi iddiası var

Günel Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur və onun üçünə ərazi iddiası var
SOSİAL
20:29 27.09.2022
415
"Azərbaycanda vətəndaş cəmiyyəti yeni mərhələyə başlayır və QHT-dövlət münasibətləri sahəsində bir sıra müsbət nümunələr formalaşdırılıb".

Bu sözləri "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun Varşavada keçirilən ənənəvi toplantısında zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda QHT-Dövlət münasibətləri son illər yüksəliş dövrünü yaşayır: 

"Son iki ildə sahəyə məsul rəsmilər bu istiqamətdə müəyyən addımlar atır. İndiyədək Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT nümayəndələri ilə bir neçə görüşü olub və bu görüşlərdən sonra bu qənaətə gəlmək olur ki, dövlət QHT sektorunu düşdüyü vəziyyətdən çıxarmağın yollarının axtarılmasında maraqlıdır. Bu sahədə atılan addımlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması, onun Müşahidə Şurasında müstəqil imicli təşkilatların təmsilçiliyinə şərait yaradılması da var.

Rəsmi səviyyədə qeyri-hökumət təşkilatları ilə geniş onlayn müzakirələr göstərir ki, hökumət artıq QHT-ləri tərəfdaş kimi görür, dialoqda maraqlıdır. Gözləyirik ki, bu dialoq davamlı olsun və indiyədək olan nəticəsiz danışıqlar kimi qalmasın.

Günel Səfərova deyib ki, QHT-lər təkliflə çıxış edib və dövlət qurumlarına təqdim edib: 

"Qeyd edim ki, həm Agentlik, həm də vətəndaş cəmiyyəti qurumları 2014-cü ildə və sonrakı müddətdə QHT qanunvericiliyinə edilmiş dəyişikliklərin aradan qaldırılması üçün konkret təkliflər hazırlayaraq hökumətə təqdim edib.  O təkliflər vətəndaş cəmiyyəti ilə bağlı indiyədək mövcud olan narahatlıqların aradan qaldırılmasına yönəlib. Bu narahatlıqlar ilk növbədə QHT-lərin qeydiyyatı sahəsində mövcud olan problemlərlə bağlıdır. Qeyri-hökumət təşkilatlarının (QHT) reyestri, qrant müqavilələrinin qeydə alınması, QHT-lərin bank əməliyyatları ilə bağlı bir sıra prosedurlar elektronlaşdırılır.
Güman edirik ki, Milli Məclisin payız sessiyasında qanunvericiliyə ilkin dəyişikliklər ediləcək və sonrakı mərhələdə addım-addım irəliyə gediləcək.

Təşkilat sədri ATƏT-in toplantısında Vətən müharibəsi haqda da danışıb:

"İkinci Qarabağ savaşında, 44 günlük müharibədə Azərbaycanın qeyri-hökumət təşkilatları, tarixində ilk dəfə olaraq həmrəylik nümayiş etdirdi və bu həmrəylik mühiti bu gün də davam edir.
Əslində Pandemiya və müharibə vətəndaş cəmiyyətinin nə qədər zəruri təsisat oldugunu bir daha təsdiqlədi. QHT-lərin fəaliyyəti nəticəsində bəzi beynəlxalq təşkilatlar səfərbər edildi, real mənzərənin ortaya çıxarılmasına xidmət edən hesabatlar hazırlandı. Bəli qərəzli hesabatlar da oxuduq.
İkinci Qarabağ müharibəsi müddətində Azərbaycana gələn bəzi insan hüquqları müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar müharibə müddətində Azərbaycana gəldilər və sivillərin Ermənistan tərəfindən hədəfə alındığı faktını öz hesabatlarında da göstərmişlər. 

Qeyd edim ki, 100 nəfər mülki əhali həyatını itirib. Belə bir sual yaranır bəs burda iştirak edən digər insan hüquq təşkilatları harda idilər?

Sonda bir təklifim var. Ermənistan 4 ölkə ilə qonşudur və onun 3-nə ərazi iddiası var. Gürcüstan (Cavakh), Azərbaycan Qarabağ, Türkiyədə Anadolu. Bu platforma və zaman Ermənistana sülh şəraitində yaşamağı öyrətməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi