AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu açıqlama yayıb.
Bildirilib ki, mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə 11:22) Günəşin 4455-ci ləkə qrupunda (N13E66) M1.2 sinifli rentgen partlayışı qeydə alınıb. Hadisənin təxminən 24 dəqiqə davam etdiyi qeyd olunur.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş əsas sinfə bölünür. A sinfi ən zəif hesab olunur, hər növbəti sinfə keçdikcə şüalanma gücü təxminən 10 dəfə artır. Mütəxəssislərin sözlərinə görə, bu partlayışlar çox vaxt kosmosa plazma atılması ilə müşayiət olunur və həmin kütlələr Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.











































