Günəşdə aktivlik kəskin şəkildə artıb, görünən Günəş diskinin mərkəzindəki əsas aktiv mərkəz üç M səviyyəli partlayış yaradıb. Yerə təsir riskləri son aylarda ən yüksək həddədir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
"Yerə doğru plazma atışları və bununla əlaqəli geomaqnit qasırğaları ilə bağlı birbaşa proqnozlar hələ ki, yoxdur (vəziyyət öyrənilir), lakin Yer kürəsi üçün risklər son aylarda ən yüksək həddə çatıb, çünki bu rakursdan onu nəzərdən qaçırmaq sadəcə olaraq mümkün deyil", - deyə məlumatda bildirilib.
Bakı vaxtı ilə təxminən gecə yarısından bəri Günəş aktivliyində sürətli artım müşahidə olunur. Görünən Günəş diskinin mərkəzində - Yerə birbaşa zərbələrin mümkün olacağı bölgədə Günəşdə 4513 nömrəli nəhəng mərkəz gözlənilmədən aktivləşib.
Müvafiq ləkələr qrupu Günəşdə təxminən bir həftədir müşahidə olunur, lakin son günlərdə məhdud aktivlik nümayiş etdirirdi. Mərkəz demək olar ki, öz enerjisini tükətmiş hesab edilirdi, lakin başlayan partlayışlar seriyası bu ehtimalı təkzib etdi.
Günün əvvəlindən bəri M səviyyəli 3 güclü partlayış qeydə alınıb ki, bu da beş ballıq şkala üzrə dördüncü kateqoriyadır. Onların gücü M1.7 ilə M1.9 arasında dəyişir. Bundan əvvəl bütün avqust ayında ancaq dörd belə hadisə baş verib, buna görə də onların sayı cəmi bir neçə saat ərzində demək olar ki, ikiqat artıb.
///modern.az///











































