Bazar ertəsi Günəşdə gün ərzində üçüncü partlayış qeydə alınıb.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilir ki, avqustun 25-də Moskva vaxtı ilə saat 18:18-də (Bakı vaxtı ilə 19:18) rentgen diapazonunda M1.2 sinfinə aid partlayış baş verib.
Qeyd edək ki, M1.2 partlayış gücünə görə sondan əvvəlki səviyyəyə aiddir.
/Oxu.az