Günəşdə son illərin ən böyük partlayışı baş verdi

Günəşdə son illərin ən böyük partlayışı baş verdi
DÜNYA
22:21 08.06.2025
225
Bazar günü Günəşin cənub qütbü yaxınlığında müstəsna dərəcədə böyük plazma partlayışı qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.

Bildirilir ki, nadir ölçüdə və sıxlıqda olan bulud Günəşin Yerə uzaq tərəfində əmələ gəlib. Bu səbəbdən də bulud Yerdən görünmür.

Alimlərin fikrincə, bu, Günəşdə son illərdə qeydə alınan ən böyük partlayışlardan biridir.

Plazmanın dəqiq trayektoriyası hələ də dəqiqləşdirilir. Lakin mütəxəssislərin fikrincə, o Yerdən fərqli tərəfə istiqamətlənib və yəqin ki, planetimiz üçün təhlükə yaratmır.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR