“Günəşli ürəklər”: “McDonald’s Azərbaycan”ın Daun sindromlu uşaqlar üçün layihə rəngarəng sərgi ilə başa çatdı

“Günəşli ürəklər”: “McDonald’s Azərbaycan”ın Daun sindromlu uşaqlar üçün layihə rəngarəng sərgi ilə başa çatdı
İQTİSADİYYAT
11:41 14.11.2023
611
"Landmark” otelində noyabrın 7-də Daun sindromlu uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Bu sərgi "McDonald’s Azərbaycan”ın "Care Group” ilə birgə həyata keçirdiyi "Günəşli ürəklər” xeyriyyə layihəsinin başa çatması ilə əlamətdar olub.

Hər bir ziyarətçiyə bəyəndiyi işi əldə etmək imkanı yaradılan tədbirdə uşaqların layihə ərzində ərsəyə gətirdiyi 62 rəsm əsəri ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, rəsm əsərlərinin satışından əldə olunacaq bütün vəsait bu uşaqların ehtiyaclarını qarşılamaq üçün Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ayrılacaq.

Tədbirdə iştirak edən tanınmış ictimai xadimlər, blogerlər, mətbuat nümayəndələri və digər sənət biliciləri nümayiş olunan əsərlərin dərinliyini qeyd ediblər.

Tədbirin xüsusi qonağı Azərbaycan Respublikasının Əməkdar artisti İsfar Sarabskinin ifası gecəyə fərqli ovqat bəxş edib.

Xüsusi uşaqlara yeni təcrübələr və parlaq təəssüratlar bəxş edən "Günəşli ürəklər” layihəsi kimi bu sərgi də dolğun və maraqlı keçib.

Xatırladaq ki, "Günəşli ürəklər” layihəsinə 2023-сü ilin əvvəllində start verilmişdir. Bu müddət ərzində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən olan 62 nəfər uşaq üçün art-terapiya və təsviri incəsənət məşğələləri, eləcə də ünsiyyət bacarıqlarının inkişafı üzrə qrup dərsləri keçirilib. Bundan əlavə, uşaqlar üçün valideynləri ilə birlikdə art-terapiya seansları təşkil edilib. Dərslər mərkəzin müəllimləri, eləcə də Azərbaycanın tanınmış rəssamları tərəfindən aparılıb.

Bu cür yaradıcılıq prosesi uşaqlarda gərginliyi və aqressivliyi azaltmağa kömək edir, onların sosial və psixoloji adaptasiya bacarıqlarını təkmilləşdirir, özünüqiymətləndirmə qabiliyyətini artırır. Bununla yanaşı, art-terapiya uşaqlarda kiçik motorika bacarıqlarını inkişaf etdirir, onların yaradıcılıq potensialını üzə çıxarır və problemləri həll etməyin ən münasib yollarını tapmağa kömək edir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərdiyi 24 il ərzində "McDonald’s” şirkəti müxtəlif xeyriyyə layihələri həyata keçirib, uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərib.

"McDonald’s” şirkəti inanır ki, həyati çətinliklərlə üzləşmiş uşaqlara birlikdə kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.
 










OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
15:15 13.05.2025
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
15:03 13.05.2025
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
14:54 13.05.2025
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
14:52 13.05.2025
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
14:47 13.05.2025
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
14:38 13.05.2025
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
14:33 13.05.2025
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu
14:25 13.05.2025
Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu
"Uzak şehir"in prodüserləri Midyat məktəbi üçün labaratoriya yaratdı
14:23 13.05.2025
"Uzak şehir"in prodüserləri Midyat məktəbi üçün labaratoriya yaratdı