Paytaxtın Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 10/12 küçəsindəki ağaclıq ərazidə yaşayan Fuad adlı şəxsin köməyə ehtiyacı var.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, evsiz və kimsəsiz olan bu şəxs günlərdir, uzandığı yerdən qalxa da bilmir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxsin yeri müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq.