"Günorta Bakıda küləyin sürəti daha da artacaq"

"Günorta Bakıda küləyin sürəti daha da artacaq"
SOSİAL
12:16 05.10.2018
3079
Artıq Bakıda şimal-qərb küləyi güclənməyə başlayıb. Günorta saatlarında küləyin sürəti daha da artacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hazırda Abşeron yarımadasında küləyin sürəti saniyədə 22 metrə çatır: "Günorta saatlarında küləyin sürəti daha da artacaq. Bu gün səhər Bərdə və Tərtərdə küləyin saniyədə 25 metrə çatıb ki, bu da kifayət qədər güclü küləkdir".

U.Tağıyeva bildirib ki, bu gün Bakıda günorta ilə səhərin temperaturu arasında anomal gediş müşahidə ediləcək:

"Adətən, ən yüksək temperatur günorta müşahidə edilir. Bu gün isə əksinə olacaq. Günorta ilə səhərin temperaturu arasında anomal gediş müşahidə ediləcək. Soyuq hava kütləsinin daxil olması səhər saatlarında başlayıb, günorta saatlarında da davam etdiyinə görə gündüz havanın temperaturu səhər ilə müqayisədə aşağı olacaq. Axşama doğru temperatur daha da aşağı olacaq".

U.Tağıyeva qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
15:08 25.08.2025
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi