Günün qoroskopu: çətin gün olacaq

MARAQLI
01:51 24.04.2016
4493

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç- həyatınızda yeni intriqa yaranır, gərginlik artır. Bütün qarışıqlar, ziddiyyətlərin bu gün çözüləcəyini düşünməyin. Mübahisə, qəfil problemin aradan qaldırılması üçün təcili iş istisna deyil. Ailə üzvlərinin davranış və ya əməllərinə əsəbləşməyin. Əks cinsin mənsubu ilə münaqişə ola bilər.

Buğa- gün karyera, işgüzar danışıqlar, yazışma və görüş üçün məsləhətli gündür. Hadisələrin inkişaf məcrasını diqqətlə izləyin. Gərginliyin artdığı yerdə ən yaxın vaxtda böhranın başlayacağına şübhə etməyin. Tədbirli davransanız, nəyinsə qarşısını ala bilərsiniz.

Əkizlər- ayın hərəkət çevrəsi başa çatmaqda olduğundan nəticələrə nəzər salmaq, bitən işlərə baxmaq vaxtıdır. Görüləsi işlər çox olduğundan, qüvvə və güc çatışmazlığı yarana bilər. Açıq havada çox gəzin, meyvə yeyin. Yuxusuz qalmayın, özünüzü yormayın.

Xərçəng- təsir edə bilməyəcəyiniz şərtlərlə bağlı həqiqət üzə çıxacaq. Güzəşt məcburiyyəti yarana bilər. Qalmaqal və davaya meylli olan insanlardan uzaq qalın. Təkbaşına çalışmağa can atın.

Şir- əlavə iş görməyin, amma maraqlı ideyanı rədd etməyin, həmin planı həyata keçirməyin yollarını arayın. Şəxsi həyatda sizi sevən insanların qayğısını çəkin. Amma bu adamlara nəzarət etməyin, onların hər hərəkətini çərçivəyə salmağa can atmayın. Güzəştə getməyin. Belədə daha çox imkanlar əldə etmək şansı yaranır.

Qız- həyatınızda ciddi təhlil və iş tələb edən situasiya yaranarsa, tələb olunan məkanlarda qayda, nizam yaradılması üçün çalışmağınız gərəkdir. Hadisələr dəyişəcək, onların istiqaməti fərqli olacaq. Mühüm işlərin siyahısı isə dəyişməz qalır. Sizi çoxlu xəbərlər gözləyir. Baxış bucağını genişləndirin, daha çox informasiya aramağa başlayın.

Tərəzi- təhlükəsizlik və rahat iş zonası seçin, ifrata varmayın. İşgüzar və yaxın münasibətlərinizin olduğu insanları sərt tənqid etməyin. Hətta bunun üçün səbəb olsa da, təmkinli davranın.Başqaları mühüm işi sonuclandırmaq üçün çözüm yollarını axtararkən sizin bəxtiniz gətirə bilər. Çətinliklər uğura çevriləcək. Rəqiblərlə ehtiyatlı olun.

Əqrəb- peşəkar fəaliyyət və perspektivlər barədə düşünmək üçün yaxşı gündür. Bir sıra təkliflər, hətta ən cazibədar təsir bağışlayan variantlar əsassız, puçdur. Axşam saatları qəfil xəbərin gəlişi istisna deyil. Təşvişə düşməyin. Təhlükəsizliyinizi təmin edin.

Oxatan- gərgin gözlənti situasiyasında konkret işlə məşğul olun, təşvişdən qurtulun, suallarınıza birmənalı cavab aramağa can atın. Bəzi illüziyalarla vidalaşın, yeni hərəkət marşrutu seçin.

Oğlaq- harmonik, rahat, sakit, ünsiyyətlə müqayisədə şəxsi işlərə daha meylli gündür. İş ön planda olmalıdır. İstirahəti isə axşam saatlarına saxlayın. Axşam vaxtı gəzintiyə çıxın, dincəlin.

Dolça- işiniz üçün faydalı ola biləcək informasiya arayın. Məşvərət, məsləhət, iclas, yazışma, tərəfdaş və ya şəriklə görüş üçün yaxşı gündür. Günün xəbərləri xoşagəlməz olsa da, ruhdan düşməyin. Bəzi planlar və işlərdən imtina edərək başqa işə başlayın. Səfərə çıxmaq və ya dostlarla görüşmək də mümkündür.

Balıqlar- gözlənilməyən çətinliklər, problemlər yarana bilər. Təmkinli olun, hər xırda məqama görə əsəbləşməyin, tapşırıq və tələblərə üsyan etməyin. Bu gün hətta neqativ təcrübədən də fayda əldə etmək olar. // milli.az

OXŞAR XƏBƏRLƏR