Günün qoroskopu: Yeni tanışlıqlar istisna deyil

Günün qoroskopu: Yeni tanışlıqlar istisna deyil
SOSİAL
00:12 18.12.2018
9053
AZXEBER.COM Milli.Az-a istinadən dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında məişət problemləri ön plana çıxacaq. Xırdalıqlar, ilk baxışdan mənasız təsir bağışlayan işlər ciddi fəaliyyət tələb edir. Aktiv olmasanız, itirilmiş vaxta sonradan heyfislənəcəksiniz.

Depressiya da istisna deyil.

Günün ikinci yarısında təmkinli olun. Hirsinizi yaxınlarınızdan çıxmayın. Enerji potensialınızın səviyyəsi yüksəkdir. Rutin işlərdən qaçmağa çalışmayın - alınmayacaq. Problemlərin həllində aktiv olun, orijinal yollar arayın.

Buğa - intellektual fəaliyyət, kollektiv layihə üçün yaxşı zamandır. Ünsiyyətə meylli olun. Səmimi olun, yenilikləri əxz etməyə başlayın. Problemlərin həllinə yaradıcı yanaşın. Peşəkar olmağa çalışın. Belədə imkanlarınızı daha yaxşı anlayacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərinizdəki problemləri yoluna qoymağa başlayın. Sevginin, xoş münasibətin, hisslərin dəyərini bilin. Kobudluq, qabalıq edərək qəlb sındırmayın.

Yeni, möhkəm münasibətlərin əsasını qoyun.

Əkizlər - ən adi işləri görərkən düşünülməmiş qərarlara yol verməyin. Tələskənlik və impulsivlik böyük fəsadlar yarada bilər. Ətrafınızda komfort ortam yaradın, yanınızdakı insanların dəstəyini qazanın. Çətin situasiyaya düşəndə nəzakətli olun, diplomatcasına davarnın.

Günün ikinci yarısında ən müşkül işlərin öhdəsindən gəlmək olar.

Ailə qayğıları və məişət problemləri ertələnməni sevmir. Yaxınlarınızdan biri çətinliyə düşərsə, ona yardım edin. Ailədə psixoloji durumu normallaşdırın.

Xərçəng - günün ilk yarısından problemləri həll etməyə başlayın. Süst və tənbəl davranmayın. İradəli olsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Sizi xoş anlar gözləyir. Nikbin olun, ən kiçik problemlər sizi bədbinliyə sürükləməsin.

Günün ikinci yarısısında həmfikir və dostlarla birgə fəaliyyətdə xeyir var. Axşam saatlarına doğru müsbət təmayüllərin təsiri artacaq.

Səhhətinizə fikir verin.

Şir - işgüzar aktivliyin səviyyəsinin aşağı düşməsi süstlük və ya tənbəllik üçün səbəb ola bilməz. Çoxdan bəri planlaşdırdığınız, nəzərdə tutduğunuz işləri tamamlayın.

Alış-veriş uğurlu ola bilər.

Günün ikinci yarısında bədxərclik etməyin. Maliyyə vəsaitinizə nəzarət edin.

Axşam saatlarını yaxınlarınızla keçirin. Pozitiv olun, dəyər verdiyiniz insanları sevindirin.

Qız - zövqlü olun. Başladığınız işləri yarımçıq qoymayın. Biliklərinizdən yararlanaraq yeni təcrübə əldə etməyə çalışın. Xarici görünüşünüzün qeydinə qalın.

Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ailə üzvlərinə xoş münasibətinizi göstərin. İşlərinizə ara verməyin, aramla olsa da, irəliləməyə çalışın.

Yaxınlarınızdan birinin sözlərinə görə nigaran qalmayın. Subaysınızsa, axşam saatlarında əyləncəyə yollanın.

Tərəzi - bilik və bacarıqlarınızı nümayiş etdirin. Ən çətin anda mürəkkəb situasiyadan çıxış yolu aramaq gərəklir. Laübəli davranmayıb şübhələrə qapılmayın. Sürəkli tərəddüdlər içində olmasanız, başqasının kölgəsində gizlənməyə çalışmasanız, uğurlara nail olacaqsınız.

Günün ikinci yarısında toqquşma və ya qarşıdurma riski var. Yaxın ətrafınızdakı insanlardan birinin felinə uymayın, məkrli tələyə düşməyin. Ağıllı olun.

Sarsaqları özünüzdən kənarlaşdırın. Özünüzü sevməsəniz, özünüzə dəyər verməsəniz, kimsə sizinlə maraqlanan deyil.

Sevdiyiniz insanla təmaslarda istənilən problemi həll edərək münasibətləri qoruya bilərsiniz. Yeni davranış sxemləri barədə düşünün.
 

Əqrəb - aqressiv olmayın, sizə dəyər verən insanların təkliflərini dinləmədən rədd etməyin. Problemləri anlamla, səmimi müzakirə vasitəsi ilə də həll etmək mümkündür. İnadkarlıq və qətiyyət tələb edən işlər o qədər də çox deyil. Çevik olun, mütəhərrik davranın.

Günün ikinci yarısında yaxınlarınızla intensiv təmaslarda olun. Pozitiv davranış ailədəki münasibətlərdə harmoniya yaratmağa kömək edəcək. Subaysınızsa, bəxtəvərliyə nail ola bilərsiniz.

Tolerant olun, kompromislərə meyl göstərin.

Oxatan - narahatlıq, naqolaylıq hissi yaranacaq. Özünüzü pis hiss edə bilərsiniz. Situasiyadan çıxış yolu var. Sizə yardım üçün müraciət edən insanlara kömək edin.

Özünüzü rahat hiss etmək üçün gərgin fəaliyyətə ehtiyac var.

Günün ikinci yarısında dostlar və tərəfdaşlara yardım edin. Ailədəki problemləri müzakirə etmədən çözmək mümkün deyil. Sevdiyiniz insanla münasibətləri yaxşılaşdırın.

Axşam saatlarını internetdə keçirməyin.

Oğlaq - qeyri-adi proseslərə, orijinal nəsnələrə maraq artacaq. Azadlıq və sərbəstlik istəyi yaranacaq. İşləriniz uğurludur. Peşəkar fəaliyyətiniz sakit, rahatdır.

Yeni tanışlıqlar istisna deyil. Tərəfdaşlarla gərəkli informasiyanı paylaşın.

Günün ikinci yarısında uzaqdan gəlmiş insanlarla təmaslar qurun.

Sevdiyiniz insan çoxdan səsləndirdiyiniz, amma hələ də yerinə yetirmədiyiniz vədi xatırladacaq. Yaxınlarınız məişət problemlərinin həllində daha aktiv iştirakınızı tələb edəcəklər. Neqativ düşünməyin, narazı qalmayın. Tam əksinə, yaxınlarınızın işlərinizdə iştirakı sizi ruhlandırmalıdır.

Dolça - günün ilk yarısında fəaliyyətinizdə ciddi maneələr olmayacaq. İşlərin ən xırda təfərrüatlarını və detallarını öyrənin. Sənədlərə və anlaşmalara diqqətlə yanaşın, şərtləri səhihləşdirin. Problemlərin həlli üçün praktik, təmkinli davranış tələb olunur.

Günün ikinci yarısında rəğbət bəslədiyiniz insanlarla çalışın. Genişmiqyaslı layihəyə başlamaq olar. Əsəbiləşməyin. Sinirlərinizə hakim olmasanız, yuxusuzluq qaçılmazdır.

Balıqlar - mübahisələrdə arqumentləri asanlıqla tapa bilərsiniz. Ən uzunmüddətli və ağır qarşıdurmanın nizamlanması üçün dinc yollar mövcuddur. İşdə rəhbərlik, kommersiya fəaliyyətində isə tərəfdaşlarla danışıqlar aparmaq olar.

Anlaşma, saziş və müqavilələr üçün pis gün deyil.

Günün ikinci yarısında dostlarla görüşmək, yaxın perspektivdəki layihəni və ya prosesləri təxminləmək olar. Axşam saatlarındakı görüş romantik anlar vəd edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
09:58 31.03.2026
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
09:47 31.03.2026
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Dünya bazarlarında neftin qiyməti artır
09:34 31.03.2026
Dünya bazarlarında neftin qiyməti artır
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
09:21 31.03.2026
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək