Gününüz mübarək, qızlar!

Gününüz mübarək, qızlar!
SOSİAL
14:29 11.10.2024
456
BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi "Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Qızlar günü… Nəyi xatırladır və ya nələri vəd edir bu məfhum bizə? Hansı ümidlərimizi cücərdir, gələcəyə doğru hansı baxışımızda müsbət dəyişiklik yaradır, hansı inamı doğurur bizdə?

Keçmişdən gələn ənənəvi sitatları və ya yazılmamış qanunları dəyişdirsin bu günün mövcudluğu…

"Qız yükü,duz yükü” deyirdilər ;deməkləri bir kənara, bu qavramı əsrlər boyu şüuraltımıza yeridən nəsillər vardı ki, o nəslin davamçıları olmaq istəmirik daha.
Bir nəsildən digər bir nəslə yoxsulluğun, şiddətin, sosial təcridin və ayrı-seçkiliyin miras qalmamasını, həmçinin ədalətli və davamlı inkişafa nail olmaq istəyirik artıq.

Yaşadığımız dövrdə -ən müasir texnologiyaların dünyanı idarə etdiyi dövrdə, eranın bu çağında belə hələ də elə ailələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. "Oğlun oldu qırmızı çadıra, qızın oldu qara çadıra keç” düşüncəsinin varlığı belə insanın qəlbini titrədirsə, qızlarımızı gözardı etməyimizin (bəzi hallarda) səbəbi nədir? Qızların təhsil almasına və davam etdirməsinə bir cox maneələr olur, bəzən elə səbəblər var ki, çarəsizlikdən doğur hətta. Bu çarəsiz halları nəzərə almasaq, irəliyə doğru birgə —"birimiz hamımız üçün” şüarı ilə çalışsaq, günəş nuru kimi həyatımıza işıq salan qızlar yetişər, hansı ki hər biri sabahın bir ailəsidir, anasıdır, müəllimidir. Cəmiyyətimizdə bəzən yoxsulluğun əmələ gətirdiyi çatışmazlıqlar, erkən yaşda evlilik, hamiləlik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərin var olduğu müddətdə heç bir irəliləyişdən söhbət gedə bilməz.

Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ilk öncə ailə məsuliyyət daşıyır.

Kimdir qızların ilk və əsl qəhrəmanı? Ataları…

Gözünü açıb atadan şiddət görən qızın nəzərində kişi faktoru necə formalaşar? Ailə məfhumu necə dəyərlənər?

Ailənin müqəddəsliyini, mənəvi dəyərlərini qızlara ilk öncə valideynləri aşılamalıdır. Bəli, burada söhbət əyani göstərməkdən- düzgün yaşayış tərzindən gedir. Düzgün psixoloji cəmiyyətdə, normal düşüncəyə malik ailədə böyüyən bütün qızlar cəmiyyətdə sağlam yer tuta biləcəklər. Gələcəyimizin, sağlam nəsillərin formalaşması naminə qızlarımıza dəstək çıxaq, sevək və sevdirək. Fiziki və mənəvi cəhətdən sağlam böyüyən hər bir qız sağlam da ailə başçısı olacaq. Hər sağlam ailə də dövlətin sütun təməllərindən biridir.

Bütün bu qanunauyğunluqlara əlavə olaraq, onu da deyim, "qız sevilməzmi?” Qız övladı günəşdir, enerjidir, xoşbəxtlikdir, qayğıdır, mehribanlıqdır, səmimiyyətdir, ata-anaya nəvazişdir. Öz qayğısına qalmaq istəyən hər bir kəs bu üstünlüklərə sahib olmağa çalışmalıdır,məncə. Bu xoşbəxtliyin adı qızdır. Hər kəsin bir qızı olmalı…

"Qızı olmalı insanın…
Canını əmanət etdiyin,
əlin, ayağın, gözün, qulağın, her şeyin…
Nəşəsi nəşən, kədəri kədərin, ağrısı ağrın …
Qızı olmalı insanın…
Evində atasına, anasına qarşı nazlı – qəmzəli, nazənin,
Küçədə yad baxışlardan qorxduğun, çəkindiyin…
Əxlaqına, saflığına şübhə etmədiyin, inandığın.
Qızı olmalı insanın…
Hər kəs səni tərk etdiyində,
varlığında da, yoxluğunda da, evliykən də, subaykən də,
"Əziz atam” ya da "Əziz anam” deyə qucaq açdığında,
Göz yaşları içində bağrına basdığın…”
Həsən Çələbi.
Gününüz mübarək,əziz qız balalar. Allah bəxtinizi gözəl yazsın.
Gününüz mübarək, hələ də körpə qız övladı qalan, həsrət yükündən böyüyə bilməyən qadınlar…

Gülər Mübariz
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb