"Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəldiyini elan edib

"Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəldiyini elan edib
DÜNYA
21:14 04.10.2025
188
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.

Bu arada Tbilisidə etirazçılar "Gürcü Arzusu"nun baş ofisinə yürüşə hazırlaşırlar.

Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.

Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur.
OXŞAR XƏBƏRLƏR