Barselona polisi kolumbiyalı müğənni Şakira və futbolçu Jerar Pikenin evini qarət edən gürcü əsilli kriminal avtoritet, "Qoqita" ləqəbli Qoçu Maisuradzeni yaxalayıb.
AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, ona qarşı kriminal qruplaşmaya rəhbərlik etmə və qarət maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Şakira və Pikenin evi iyunun 6-da qarət edilib.
Yerli mətbuatın məlumatına görə, Qoqita evlərin qarəti ilə məşğul olan müxtəlif kriminal qruplaşmalara rəhbərlik edib.