Gürcü nazir Azərbaycana gəlir

SİYASƏT
18:07 13.04.2015
949

O, Ziya Məmmədovla görüşəcək.

Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili aprelin 14-də Azərbaycana səfər edəcək.AZXEBER.COM Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, G. Kvirikaşvili səfər zamanı Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovla görüşəcək.

Səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin texniki tərəfi və qarşılıqlı fəaliyyət tələb edən digər məsələləri müzakirə etməkdir.

OXŞAR XƏBƏRLƏR