"Gürcü xalqı sülhə səs verdi" - Əfsələddin Ağalarov Tbilisidən yazır

"Gürcü xalqı sülhə səs verdi" - Əfsələddin Ağalarov Tbilisidən yazır
KÖŞƏ
17:04 27.10.2024
329
Jurnalist Əfsələddin Ağalarov (@efseleddin ) Tbilisidən yazır: 

Bu gün Tbilisi hər zamankından daha rəngarəng və dinamik görünür.  Əslində çiskin yağışı, dadlı mətbəxi, disiplinli adamları və Bakıya uduzan küləyi ilə bura olduqca gözəl şəhərdir.

Bu gün Gürcüstan bir çoxlarının arzuladığı kimi yox, sülh və əminamanlıq içində səhəri açdı. Hər şey öz axarında, olmalı olduğu kimidir. Bu gün qara buludları parça-parça edən günəş  Kürün ikiyə böldüyü Tbilisini daha füsunkar göstərir. 

Gürcü xalqı dünyaya demokratiya dərsi keçərək çətin sınaqdan üzüağ çıxa bildi. 

Bu fonda Avropa İttifaqının seçkiöncəsi Gürcüstan hakimiyyətinə görünməmiş təzyiqlər göstərdiyi, açıq şantajdan belə çəkinmədiyi, seçkilərin nəticəsinə təsir etməyə çalışdığı aşkar görünürdü. 

Bütün bu təzyiqlərə baxmayaraq, xalq ölkənin gələcək inkişaf vektorunu müəyyən edəcək siyasəti dəstəklədi. Müəyyən dərəcədə qütbləşən gürcü xalqından istədiyini ala bilmədi. 

Bəs, Gürcüstanda nə baş verirdi? Bu seçkilərin əhəmiyyəti nə idi?

Əslində hər şey hakim "Gürcü Arzusu” partiyasının avrointeqrasiya prosesini prioritet elan etməklə yanaşı, Rusiya ilə normal münasibətlər saxlamaqda, iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyindən sonra yarandı.  Bu istəyin ardından Brüsselin ölkəyə ayırmalı olduğu 121 mln. avro vəsaiti donduruldu, oktyabrın 9-da isə bu ölkəyə qarşı qətnamə qəbul edildi.

Bütün bunlara baxmayaraq, Gürcü xalqı kifayət qədər praqmatiklik nümayiş etdirərək, fitnəyə uymadı. Xalqın yarıdan çoxu sülh və sabitliyə, eyni zamanda həm də Gürcüstan Azərbaycan dostluğuna, münasibətlərin yeni mərhələsinə səs verdi.
 
OXŞAR XƏBƏRLƏR