Gürcüstan Avropa İttifaqı ilə saziş imzalayacaq

DÜNYA
12:25 27.11.2013
902

Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində ölkə nümayəndələrinin Avropa İttifaqı (Aİ) ilə assosiasiya sazişi haqqında rızılığın əldə olunacağına heç nəyin mane ola bilməyəcəyinə, 2014-cü ildə isə onun imzalanacağına əmin olduğunu bildirib.

AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, 28-29 noyabr tarixlərində “Şərq Tərəfdaşlığı” sammiti zamanı assosiasiya haqqında sazişin paraflanması planlaşdırılır.Diplomatiya praktikasına görə bu, hazırlanmasında iştirak edən şəxslərin beynəlxalq müqaviləni ilkin imzalaması anlamına gəlir.

OXŞAR XƏBƏRLƏR