29-31 dekabr tarixlərində Gürcüstanın, Tbilisi və Marneuli şəhərlərində Marneuli Gənclər Mərkəzi və Qan Donorları Assosiasiyasının təşkilatçılığı və SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstan və Azərbaycan gənclərinin iştirakı ilə “Gənc Liderlərin Forumu” keçirilib.
AZXEBER.COM-un məlumatına görə, dörd gün davam edən forumunda gənc liderlər Gürcüstanın gənclər və idman naziri Levan Kipiani, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə departamentinin rəisi Vaxtanq Asanidze, Marneuli Gənclər Mərkəzi idarə heyətinin üzvü Zaur Darğallı işirakı ilə görüş keçirilib.
Görüşdə nazirliyin gənclərlə bağlı hazırladığı 12 layihənin təqdimatı keçirilib. Gənclər və idman naziri Levan Kipiani gürcü və azərbaycanlı gənclərin görüşünü təşkil etdiyinə görə baş nazirin köməkçisi Savalan Mirzəyevə minnətdarlığını bildirib və forumun vacib olduğunu vurğulayıb:
“Bizə çox şərəfdir ki, iki xalqın, iki ölkənin gəncləri bir araya gəliblər. Hər iki ölkə gənclərinin görüşü bizi qürurlandırır. Biz gələcəkdə hər iki ölkənin Gənclər və İdman Nazirliyi ilə birgə bir çox maraqlı layihələr həyata keçirəcəyik. Biz eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə bağlı layihələrə də start verəcəyik. Gürcüstan və Azərbaycan arasında illərdən bəri inkişaf edib möhkəmlənən tarixi dostluğumuz daha da inkişaf edəcək. Fürsətdən istifadə edib Azərbaycan gəncliyinin Yeni ilini təbrik edir, onlara sağlamlıq və xoşbəxtlik arzulayıram”.
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxışında Gürcüstan və Azərbaycan strateji dostluğunun vacib və əhəmiyyətli olduğunu bildirib:
“Azərbaycan və Gürcüstan sovet rejimindən çıxıb və bu strateji dostluq bizim üçün vacibdir. Biz ölkələrimizin inkişaf perspektivlərindən səmərəli istifadə etməliyik. Bizə eyni zamanda sovet dönəmindən konfliktlər miras qalıb və bu da mənfi haldır. Ümidvaram ki, gələcək nəsil bu problemlərin həllində iştirak edəcək. Müasir gənclik azaddır və onlar öz ölkələrinin inkişafına töhfələr verirlər. Gürcüstanda milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası üçün çox işlər görülür. Biz eyni zamanda Xəzər və Qara Dəniz hövzəsinin resurslarından Avropaya və Avroatlantik məkana inteqrasiya üçün istifadə edəcəyik”.
Tədbirdə çıxış edən Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev hər iki ölkə gənclərinin bir araya gəlməsini Azərbaycan və Gürcüstanda demokratiyanın inkişafının göstəricisi kimi qiymətləndirib: “Gürcüstanda hakimiyyət şəffafdır və bu tədbirdə iştirak edən nazirlərimiz bütün suallara cavab verməyə hazırdır. Gürcüstan hakimiyyəti milli azlıqların ölkənin tamhüquqlu vətəndaşı olması üçün hər şeyi edir. Etnik azlıqlar bilməlidir ki, Gürcüstanda demokratiya qurulur və bu demokratiyanın qurulmasında bizim də əməyimiz var”.
S.Mirzəyev 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə azərbaycanlıları təbrik edib.
Sonda gənclər M.F.Axundzadənin ev muzeyində olublar. Muzeydə Qararapapaqlılar jurnalının baş redaktoru Akif Xansultanlı tərəfindən Axundovun həyat və yaradıcılığı mövzusunda seminar keçırilmişdir . Layhiə iştirakçıları gün ərzində Gürcüstan paytaxtının bir çox tarixi yerlərinə baxıblar.
Eyni amanda SOCARın Gürcüstan ofisində gənc liderlər üçün müxtəlif mövzular üzrə görüşlər və treninqlər keçirilmişdir. Forum çərçivəsində Gürcüstanın tarixi yerlərinə və mədəniyyət ocaqlarına səfərləri gənclər tərfindən xüsusi maraq və sevgi ilə qarşılanmışdır.
Layihənin keçirilməsində əsəs məqsəd, Gürcüstan və Azərbaycan gənclərinin inteqrasiyasına eyni zamanda gənclər arası əmakdaşlığın və dialoqun gücləndirilməsinə dəstək olmaqdır.
Layihənin Bağlanış mərasimi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunaraq böyük bir yeni il proqramı ilə qeyd olunmuşdur.
![](/file/pic/xeber/2014-01-05/76100.jpg)
![](/file/pic/xeber/2014-01-05/76101.jpg)
![](/file/pic/xeber/2014-01-05/76102.jpg)
![](/file/pic/xeber/2014-01-05/76103.jpg)
![](/file/pic/xeber/2014-01-05/76104.jpg)
![](/file/pic/xeber/2014-01-05/76107.jpg)
![](/file/pic/xeber/2014-01-05/76113.jpg)
![](/file/pic/xeber/2014-01-05/76118.jpg)
![](/file/pic/xeber/2014-01-05/76124.jpg)
![](/file/pic/xeber/2014-01-05/76127.jpg)