Gürcüstan DİN: Əfqan Sadıqov Azərbaycana deportasiya olundu

Gürcüstan DİN: Əfqan Sadıqov Azərbaycana deportasiya olundu
SOSİAL
12:02 05.04.2026
881
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
OXŞAR XƏBƏRLƏR