Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

DÜNYA
03:13 25.10.2021
225
Gürcüstan-Ermənistan sərhədində 4,4 maqnitudalı zəlzələ baş verib.

"Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:04-də qeydə alınıb. Zəlzələ Tbilisidə də hiss olunub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR