Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
DÜNYA
17:20 31.10.2022
263
Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.
 
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 90-ı kişi, 9-u isə qadındır. Onlardan 83-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.

Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayanlardır.

Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.
 
///Apa
OXŞAR XƏBƏRLƏR