Gürcüstan – Ermənistan oyununda qalmaqal

Gürcüstan – Ermənistan oyununda qalmaqal
İDMAN
10:55 24.03.2025
500
UEFA Millətlər Liqasının pley-off mərhələsində keçirilən Gürcüstan – Ermənistan oyunu qalmaqalla yadda qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən axşam Tbilisidə baş tutan və Gürcüstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşan cavab görüşündən dərhal sonra stadionda ciddi insident yaşanıb. Yüzlərlə azarkeş meydana axışıb, tribunalar arasında qarşıdurmalar qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bəzi fanatlar erməni azarkeşlərə müxtəlif əşyalar atıblar. Stadionun təhlükəsizlik xidməti və polis əməkdaşları vəziyyətə müdaxilə etsə də, izdiham səbəbindən insidentin qarşısını dərhal almaq mümkün olmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, bir qrup azarkeş oyunçularla şəkil çəkdirmək məqsədi ilə meydana daxil olub, lakin vəziyyət tez bir zamanda nəzarətdən çıxıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən Gürcüstan yığması Ermənistanı ümumilikdə 9:1 hesabı ilə məğlub edərək Millətlər Liqasının "B" divizionunda yerini qoruyub. Ermənistan millisi isə növbəti mövsüm də "C" liqasında mübarizəsini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR