Gürcüstan ordusunda koronavirusa kütləvi yoluxma

DÜNYA
12:12 10.07.2020
747
Əfqanıstanda NATO-nun "Qətiyyətli dəstək” sülhməramlı missiyasında iştirak edən Gürcüstanın 28 hərbçisi koronavirusa yoluxub.

"RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd olunur ki, COVID-19 virusuna yoluxduğu təsdiq olunan hərbçilər xüsusi aviareyslə Gürcüstana gətirilib.

Hərbçilərin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu, infeksiya mənbəyinin Əfqanıstandakı yerli kontingentlə əlaqəli olduğu qeyd edilir.

İnfeksiyaya yoluxan hərbçilər Qori hərbi hospitalında müalicə olunacaqlar.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR

X Mostbet