Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir

Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir
DÜNYA
23:14 18.01.2025
378
Azərbaycan və onun Prezidenti İlham Əliyevin dəstəyi Gürcüstan üçün çox vacibdir. Ölkələrimizin əməkdaşlığı Cənubi Qafqazda sülhün zəmanətidir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Report”un yerli bürosuna Gürcüstan parlamentinin Regionlararası siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadagişvili deyib.

O, qeyd edib ki, Azərbaycan və Gürcüstan liderlərinin, xalqlarının müdrikliyi regionu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən xilas edib: "Qonşu, dost ölkələr həmişə bu məsələlərə diqqət yetirməlidirlər ki, qarşıya çıxan problemlər və ya sualları həmişə birgə həll etsinlər, bir-birinə dəstək olsunlar. Bu, hər bir ölkənin suverenliyini və demokratiyasını gücləndirir. Düşünürəm ki, bu məsələlərin həllində əməkdaşlıq vacib rol oynayır.

İndi bəzi qüvvələr Gürcüstanda vəziyyəti gərginləşdirməyə çalışır, buna görə də Azərbaycanın və onun Prezidenti İlham Əliyevin dəstəyi Gürcüstan üçün çox vacibdir”.

İrakli Kadagişvilinin sözlərinə görə, parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi onu göstərir ki, iki ölkə arasında münasibətlər nə qədər vacib və çox məhsuldardır: "Regionda həyati əhəmiyyət kəsb edən bir sıra məsələlər var ki, onlar həm Gürcüstan, həm də Azərbaycan üçün çox önəmlidir. Çünki Cənubi Qafqaz bizim birgə inşa etməli olduğumuz regiondur, burada sülh, sabitlik və daha da irəliləyən iqtisadi inkişaf üçün bütün imkanlar olmalıdır. Bunun üçün yalnız iqtisadi və geosiyasi şərtlər deyil, həm də çoxlu sayda məsələlər var ki, bu məsələlər bizi iki dövlət, iki xalq olaraq birləşdirir. Bunlar həm də Gürcüstan və Azərbaycan cəmiyyətləri üçün vacib olan dəyərlərdir. Beləliklə, bu dostluq, yaxşı qonşuluq və strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etməsi üçün mükəmməl təməl yaradır”.

O, qeyd edib ki, Cənubi Qafqaz həmişə şərqlə qərb arasında körpü rolunu oynayıb. Buna görə də, "İpək Yolu” layihəsi indi daha aktualdır və iki ölkə bu məsələdə vacib strateji təşəbbüsə sahibdirlər: "Biz həmin istiqamətdə daha da inkişaf etməliyik. Bu baxımdan, Azərbaycanla münasibətlərimizi möhkəmləndirməyə çalışırıq”.

Gürcüstan parlamentinin Regionlararası siyasət və özünüidarəetmə komitəsinin sədri, parlamentin hakimiyyət tərəfdarı üzvü İrakli Kadagişvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə arasında qurulan dostluq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə sabitlik və iqtisadi inkişaf üçün müstəsna əhəmiyyət daşıyır. Kadagişvili xüsusilə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə