Gürcüstan parlamentinin spikeri Azərbaycana gəlir

SİYASƏT
15:33 03.07.2014
929
Gürcüstan parlamentinin spikeri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, səfər iyulun 7-dən başlayacaq.
İki gün davam edəcək səfər çərçivəsində D. Usupaşvilinin Azərbaycanın bir sıra rəsmiləri ilə, o cümlədən Milli Məclisdə görüşü nəzərdə tutulur.
Nümayəndə heyətinin bir sıra tədbirlərə qatılması da gözlənilir.
OXŞAR XƏBƏRLƏR