Gürcüstan prezidenti Zurabişvilinin iddiasını geri çəkdi

Gürcüstan prezidenti Zurabişvilinin iddiasını geri çəkdi
DÜNYA
13:26 24.03.2025
468
Gürcüstan prezidenti Mixeil Kavelaşvili sabiq prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsində qaldırdığı iddiasını geri çəkib.

Məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

"Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılığa əsaslanır ki, bu da Gürcüstan dövlətçiliyinin ən mühüm prinsipinin - dövlətin milli suverenliyinin və ölkənin sabit inkişafının qorunmasına töhfə verir. Qanun xarici güclərin maraqlarını təbliğ edən təşkilatların maliyyə mənbələri barədə ictimaiyyəti mümkün qədər məlumatlandırmağa xidmət edir. Müvafiq olaraq, Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusiya iddiasını rədd etmək qərarına gəlib”, - deyə prezident administrasiyasının yaydığı məlumatda deyilir.
 
///apa
OXŞAR XƏBƏRLƏR