Gürcüstan prezidentinin andiçmə mərasimində Azərbaycanı Artur Rəsizadə təmsil edəcək

SİYASƏT
13:55 15.11.2013
1075
Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edəcək.

Bunu G. Marqvelaşvili ilə görüşündən sonra yerli mediaya açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn deyib. O bildirib ki, A. Rəsizadə bazar günü Gürcüstana səfər edəcək və G. Marqvelaşviliyə Azərbaycan prezidentinin təbrikini çatdıracaq.

Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb: “Bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik”.(APA)

OXŞAR XƏBƏRLƏR