Gürcüstan Səhiyyə Nazirliyi: Tbilisidəki etiraz aksiyasında 14 nəfər yaralanıb

DÜNYA
20:07 08.12.2024
188
Ötən gün Tbilisidəki etiraz aksiyasında xəsarət almış 14 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlardan 10-u etirazçı, 2-si media nümayəndəsi və 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Hazırda klinikalarda üç zərərçəkən müalicə alır, onların baş və bədən nahiyəsində xəsarətləri var, həyatlarına heç bir təhlükə yoxdur.
 
///report

OXŞAR XƏBƏRLƏR