Gürcüstan Türkiyə ilə hərbi əməkdaşlığını genişləndirəcək
DÜNYA
10:00 11.01.2014
894
Rəsmi Tiflis Ankara ilə hərbi əməkdaşlığını genişləndirmək niyyətindədir.AZXEBER.COM-un gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Gürcüstanın müdafiə nazirliyi yayıb.Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Tiflisdə Türkiyənin korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Alasaniya bildirib ki, Türkiyə hərbi sahədə Gürcüstana həmişə öz köməkliyini əsirgəməyib. Nazir bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.