Gürcüstan və Ermənistanın “qatıq qalmaqalı” - "İmedi" erməniləri hiddətləndirdi

Gürcüstan və Ermənistanın “qatıq qalmaqalı” - "İmedi" erməniləri hiddətləndirdi
DÜNYA
22:53 10.02.2022
532
Gürcüstanın "İmedi" telekanalının xəbərlər proqramının fon şəklindəki şüşə qabların üstündə ermənicə "Qarabağ Azərbaycandır", "Dolma Azərbaycanındır" yazısı gedib.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu hadisə son günlər Gürcüstan və Ermənistan arasında "qatıq qalmaqalı” fonunda yaranıb. Gürcüstan Ermənistanda istehsal olunan "Matsun” etiketli süd məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya ixrac edilməsinə qadağa qoyub. Səbəb isə Gürcüstanın "Matsoni” adını özünün coğrafi göstəricisi kimi qeydiyyata alması olub.

Bildirilir ki, bunun ardınca Ermənistanda istehsalçı şirkət sözügedən məhsulu Rusiyaya "erməni dağ yoqurtu” adı altında ixrac etməyə başlayıb.

Şirkət bildirib ki, Rusiya "matsun” adının istifadə olunmasına etiraz etmir. Lakin məhsul Rusiyaya Gürcüstan ərazisindən ixrac olunduğundan etiketləmə ilə bağlı problem yaranır.

Bu hadisə ermənilərdə hiddət doğurub. Gürcüstandakı Ermənistan səfirliyi məsələ ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib.

Bundan sonra "İmedi" telekanalı açıqlama yayaraq hadisənin texniki səhv olduğunu bildirib və üzr istəyib.
OXŞAR XƏBƏRLƏR