Sülh axtarışı Avropanın inkişafı üçün yeganə alternativdir.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Nazir əlavə edib ki, Gürcüstan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir və bu ölkəyə qarşı davam edən aqressiyanı pisləyir. Onun sözlərinə görə, Avropanın təhlükəsizliyini təhdid edən risklərin aradan qaldırılması üçün maksimum səylər göstərilməli və regionda sülhün bərqərar olması üçün tədbirlər görülməlidir.
Nazir vurğulayıb ki, sülh Avropa regionunun inkişafı üçün yeganə alternativdir və münaqişənin daha da dərinləşməsinə yol verilməməlidir. "Ən vacib olan sülhə doğru atılan addımlardır, çünki bu, həm iqtisadi, həm də siyasi əməkdaşlıq üçün imkanlar yaradır,” - M.Boçorişvili qeyd edib.