Gürcüstana koronavirus əleyhinə vaksinin gələn ay çatdırılacağı gözlənilir

Gürcüstana koronavirus əleyhinə vaksinin gələn ay çatdırılacağı gözlənilir
DÜNYA
18:20 08.01.2021
683
"Fevral ayında Gürcüstanın "COVAX” platforması vasitəsilə müəyyən miqdarda peyvənd əldə edəcəyi gözlənilir”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, koronavirusa qarşı vaksinin ilk partiyası həssas qruplar üçün nəzərdə tutulacaq: "Biz Ümumdünya Səhiyyə Təşkilatı və "COVAX” platformasına plan təqdim etmişik. Hazırda intensiv danışıqlar aparılır”.

Qeyd edək ki, qonşu ölkə COVID-19-a qarşı vaksini əhalinin 20 %-i üçün alacaq. Peyvəndləmə dövlət hesabına aparılacaq.
OXŞAR XƏBƏRLƏR