Gürcüstanda 4,4 maqnitudalı zəlzələ oldu

Gürcüstanda 4,4 maqnitudalı zəlzələ oldu
SOSİAL
10:22 23.12.2023
148
Bu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 maqnitudalı zəlzələ olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan” məlumat yayıb.

Yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb.

Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR