Gürcüstanda açıq havada toy və yas mərasimlərinin keçirilməsinə icazə verildi

Gürcüstanda açıq havada toy və yas mərasimlərinin keçirilməsinə icazə verildi
DÜNYA
16:52 20.07.2020
1066
Gürcüstanda açıq havada toy və yas mərasimləri də daxil olmaqla sosial tədbirlərin keçirilməsinə icazə verilib.

Bu barədə Gürcüstan Qurumlararası Kordinasiya Şurası qərar qəbul edib.

Qərarda bu cür tədbirlərdə maksimum 100 nəfərin iştirak etməsi tövsiyə edilib.

Qeyd edək ki, Gürcüstanda ötən həftədən etibarən açıq havada mədəni tədbirlərin keçirilməsinə qoyulan qadağa götürülüb.
 
///APA
OXŞAR XƏBƏRLƏR