Gürcüstanda Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş oldu

Gürcüstanda Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş oldu
SİYASƏT
12:11 27.10.2023
323
Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.

Danışıqların təfərrüatları açıqlanmayıb. "İmedi" telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR